Keyn “Bavariya” yolunda
“Tottenhem”in hücumçusu Harri Keyn komandanı tərk edə bilər. O, “Bavariya” ilə danışıqlara hazırdır.
Son günlər Münhen klubu ilə ingiltərəlinin nümayəndələri arasında danışıqlar yenidən başlayıb. “Bavariya” transfer məbləğinin 100 milyon avro olmasına ümid edir.