Keyn ayın futbolçusu seçildi
Almaniya Bundesliqasında sentyabr ayının ən yaxşı futbolçusu bəlli olub.
Bunu yarışın mətbuat xidməti açıqlayıb. Həmin ada “Bavariya”nın hücumçusu Harri Keyn layiq görülüb.
İngiltərəli hücumçu ötən ay 3 oyunda 7 qol vurub.












