Keyhill karyerasını bitirdi

Keyhill karyerasını bitirdi

“Çelsi”nin sabiq kapitanı Qari Keyhill karyerasını bitirib. Bu barədə məlumatı 37 yaşlı müdafiəçi özü verib.

İngiltərə millisinin sabiq üzvü artıq futboldan getmək qərarına gəldiyini açıqlayıb:

“İnanılmaz xatirələr yaradaraq xəyal etdiyim hər şeyə nail oldum. Çempionlar Liqasını, İngiltərə Premyer Liqasını qazandım, “Çelsi”nin kapitanı oldum. Bunlar mənimlə əbədi qalacaq”.

Qeyd edək ki, karyerası ərzində yalnız İngiltərə Premyer Liqasında çıxış edən Qari Keyhill bu ilin yayından klubsuz idi.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted” Ronaldonun yerinə Mbappeni transfer etmək istəyir

Növbəti yazı

“Beşiktaş” Ziyeşlə maraqlanır