Kevin De Bruyne “Fənərbaxça”nın hədəfində

Kevin De Bruyne “Fənərbaxça”nın hədəfində

Kevin De Bruyne “Fənərbaxça”nın maraq dairəsinə düşüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yayda “Mançester Siti”ni tərk edəcək 33 yaşlı yarımmüdafiəçi ilə planetin bir çox klubları maraqlanır. Qarşısına böyük hədəflər qoyan “Fənərbaxça” növbəti ulduzu İstanbula gətirmək arzusundadır. Zədə üzündən De Bruyne bu mövsümdə cəmi 15 oyunda meydana çıxa bilib.

Qeyd edək ki, mövsümün sonunda sərbəst qalacaq Kevin ABŞ və Səudiyyə Ərəbistanı klublarının da transfer siyahısında yer alıb.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz” cərimələndi

Növbəti yazı

“Sevilya”da yeni müqavilə