Kevin de Breyne koronavirusa yoluxdu
İngiltərə “Mançester Siti”sinin futbolçusu Kevin de Breyne koronavirusa yoluxub. Bunu Premyer Liqa klubunun baş məşqçisi Pep Qvardiola açıqlayıb.
İspaniyalı mütəxəssis bildirib ki, Belçika millisinin yarımmüdafiəçisinin testi müsbət nəticə verib. 30 yaşlı futbolçunun nə qədər müddəti buraxacağı dəqiqləşməyib.
Qeyd edək ki, Kevin cari mövsümdə Premyer Liqanın 8 matçında 2 qola imza atıb.