Kevin əməliyyat olundu
Belçika millisinin və “Mançester Siti”nin futbolçusu Kevin de Bruyne əməliyyat olunub. Yarımmüdafiəçinin cərrahi müdaxiləsi uğurla keçib.
Onun əməliyyatı Antverpendə gerçəkləşib. Futbolçu yaxın müddətdə bərpa prosesinə başlayacaq.
Kevinin 3-4 aya meydanlara dönəcəyi gözlənilir. 32 yaşlı oyunçu Premyer Liqanın ilk turunun “Bernli” ilə qarşılaşmasında xəsarət aldığı üçün meydanı erkən tərk edib.
Qeyd edək ki, həmin oyunda mançesterlilər 3:0 hesablı qələbə qazanıb.