Kessye A Seriyasına dönə bilər
“Barselona”nın yarımmüdafiəçisi Frank Kesye komandanı tərk edə bilər. Onun karyerasını “Yuventus”da davam etdirmək ehtimalı var.
Turin klubu futbolçunu 15 milyon avroya sonradan transfer etmək bəndi ilə icarəyə götürməkdə maraqlıdır. Fil Dişi Sahilindən olan oyunçu özü də bu keçidə isti yanaşır.