Kessye A Seriyası yolunda

Kessye A Seriyası yolunda

“Əl-Əhli”nin yarımmüdafiəçisi Frank Kessye Avropaya qayıda bilər. “İnter” Fil Dişi Sahili millisinin üzvünü heyətinə qatmaq niyyətindədir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Milan təmsilçisi Kessyeni yay transfer pəncərəsində azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır. “Neradzurri” artıq 29 yaşlı futbolçu ilə danışıqlara başlayıb. Yarımmüdafiəçinin “Əl-Əhli” ilə müqaviləsinin bitməsinə 6 ay qalıb.

ETOPAZ

Əvvəlki yazı

Mbappe Ronaldonun rekordunu yenilədi

Növbəti yazı

Frimponqun durumuna aydınlıq gəldi