Kessie “Barselona”da qalacaq

Kessie “Barselona”da qalacaq

“Barselona” Frenk Kessieni heyətində saxlayacaq. İspaniya nəhəngi Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçunu yanvarda satmamağa qərar verib.

La Liqa təmsilçisi transferlə bağlı üç təklifi rədd edib. “Napoli”, “İnter” və açı açıqlanmayan İngiltərə klubları onu heyətinə qatmaq istəsə də, “Barselona” bununla razılaşmayıb.

Qeyd edək ki, afrikalı futbolçu noyabrın əvvəlində aldığı zədə üzündən ay yarım müddətinə komandadan ayrı düşüb.

ETOPAZ

Əvvəlki yazı

Neymar üçüncü oldu

Növbəti yazı

Santoş “Nyukasl”ın hədəfində