“Keşlə” və “Qarabağ”dan qələbə

“Keşlə” və “Qarabağ”dan qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib. İlk oyun günündə iki matç baş tutub.

“Səbail” “Keşlə”ni qəbul edib. “ASCO Arena”da keçirilən görüşün ilk yarısında qonaqlar fəallıq göstərib. 16 və 21-ci dəqiqələrdə iki dəfə fərqlənən “qırmızı-ağlar” ilk hissəni 2:0 öndə bitirib. İkinci yarıda da eyni ssenari davam edib. Son dəqiqələrdə “Keşlə” 3-cü qolu qurub. Görüş bu hesabla başa çatıb.

Günün ikinci matçı Masazırda keçirilib. Lider “Qarabağ” “Sabah” səfərindəki matça fəal başlayıb. İlk dəqiqələrdən üstünlüyünü ortaya qoyan ağdamlılar 30-cu dəqiqədə hesabı açıb. Abdullah Zubir komandasını önə çıxarıb. İkinci hissədə “Sabah” hesabı bərabərləşdirmək istəsə də, qonaqlar buna imkan verməyib. Tarixində heç vaxt “Qarabağ”ı məğlub edə bilməyən “Sabah”ın sindromu davam edib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Qəbələ” “Zirə”ni, “Neftçi” “Sumqayıt”ı qəbul edəcək.

ETOPAZ

Əvvəlki yazı

Levandovski “Barselona”nın hədəfində

Növbəti yazı

Günün kuponu – 13.03.2022