“Keşlə” “Qəbələ” ilə bacarmadı
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib. VIII turun ikinci günündə “Keşlə” “Qəbələ”ni qəbul edib. Məhsuldar keçən görüşdə hesabı qonaqlar açıb.
İlk hissənin ortalarında Ruan Renato fərqlənib. Az sonra Asif Məmmədov fərqi iki topa çatdırıb. Lakin bakılılar Aldair Netonun qolu ilə fasilə ərəfəsində fərqi minimuma endirib. İkinci yarıda komandalar hərəyə bir qol vurub. Öncə İsnik Alimi “Qəbələ”nin üçüncü qoluna imza atıb. Matçın son saniyələrində Amil Yunanov fərqi minimuma endirib – 2:3.
Bu qələbədən sonra xal hesabını 15-ə çatdıran Qəbələnin eyniadlı təmsilçisi 3-cü pillədə möhkəmlənib. “Keşlə” isə 7 xalla 6-cı pillədə qalıb.
Xatırladaq ki, turun ilk günündə “Sabah” “Sumqayıt”ı 3:0, “Neftçi” “Zirə”ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Sabah “Səbail” “Qarabağ”ı qəbul edəcək.