Kerri NBA tarixinə düşdü
“Uorriers”in basketbolçusu Stiven Kerri NBA tarixinə düşüb. Belə ki, o, bir oyunda 50 xal qazanıb, 10 ötürmə edən ən yaşlı oyunçu olub.
Kerri bu uğura “Atlanta”nı 127:113 məğlub etdikləri oyunda imza atıb. 33 yaşlı oyunçu əfsanəvi Uilt Çemberlenin rekordunu qırıb. Sonuncu bu uğura 1968-ci ildə 31 yaşında ikən nail olub. Çemberlen həmin vaxt bir matçda 53 xal yığıb, 32 ribaund və 14 ötürmə edib.
Qeyd edək ki, karyerası ərzində 10-cu dəfə 50 və daha artıq xal yığan Kerri “Atlanta” ilə görüşdə 50 xal və 10 ötürmə ilə yanaşı, 7 ribaundla da yadda qalıb.