Kerri bu həftə məşqlərə qayıdır
“Qolden Steyt”in basketbolçusu Stiven Kerri meydanlara qayıtmağa yaxındır. O, pley-off mərhələsindən əvvəl tam olaraq hazır ola bilər.
Klubdan verilən rəsmi açıqlamaya görə, oyunçu zədəsini uğurla sağaldır. Kerri hətta bu həftə komanda ilə tam məşqlərə qayıdacaq. Basketbolçu “Denver”ə qarşı keçiriləcək seriyanın ilk oyununda oynamağa çox yaxındır.