Kerberlə Şventek yenidən “Top-10”da
Qadın tennisçilərin WTA reytinqi açıqlanıb. “Top-10”da ciddi dəyişikliklər baş verib. Çexiyalı Barbora Kreyçikova həmyerlisi Karolina Plişkovanı 3-cü pillədən sıxışdırıb.
Mariya Sakkari və Ons Jaber hərəyə bir addım irəliləyib. Üç tennisçi “onluğ”a daxil olub. Anett Kontaveyt ilk dəfə bura düşübsə, Anjelik Kerberlə İqa Şventek “Top-10”a qayıdıb. Elina Svitolina, Naomi Osaka və Belinda Bençiç ən güclülər sırasını tərk edib.
1 (1). Eşli Barti (Avstraliya) – 7701
2 (2). Arina Sobolenko (Belarus) – 6150
3 (4). Barbora Kreyçikova (Çexiya) – 4708
4 (3). Karolina Plişkova (Çexiya) – 4695
5 (5). Qarbinye Muqurusa (İspaniya) – 4425
6 (7). Mariya Sakkari (Yunanıstan) – 3986
7 (8). Ons Jaber (Tunis) – 3455
8 (14). Anett Kontaveyt (Estoniya) – 3416
9 (12). Anjelik Kerber (Almaniya) – 3320
10 (11). İqa Şventek (Polşa) – 3306