Kepa rəsmən “Real”da
Kepa Arrisabalaqa “Real”a keçib. Bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
Qapıçı bir mövsümlük icarəyə götürülüb. Kepanın məxsus olduğu “Çelsi” ilə icarə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, “Real”ın əsas qapıçısı Tibo Kurtua zədələndiyi üçün mövsümün böyük hissəsini buraxacaq.