Kenin uğursuzluğa son qoydu

Kenin uğursuzluğa son qoydu

Dünyanın sabiq 4 nömrəsi Sofiya Kenin Klivlenddə keçirilən turnirin ilk raundunda Dalayn Hyuitt ilə qarşılaşıb. O, rəqibinə qalib gəlib – 6:4, 6:3.

Amerikalı yanvar ayında Adelaidedə başlayan uğursuzluğa son qoyub. Tennisçi ardıcıl doqquz məğlubiyyətdən sonra ilk qələbəsini qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Satoranski Avrobasketdən kənarda qalacaq

Növbəti yazı

“Qarabağ” “Viktoriya” səddini aşa bilmədi