Kenin İndian-Uellsdə də oynamayacaq
Dünyanın 8-ci raketkası Sofiya Kenin daha bir turnirdə oynamaqdan imtina edib. ABŞ tennisçisi İndian-Uellsdəki yarışa qatılmayacaq.
Bu turnir oktyabrın 4-də start götürəcək. Keninin belə addımına zədəsi səbəb olub.
O, sonuncu dəfə “Uimbldon”da korta çıxıb. Həmin vaxt Sofiya ikinci mərhələdə uduzub.
Xatırladaq ki, Keninə qədər 1-ci raketka Eşli Barti və dünya yeddincisi Naomi Osaka da turnirə qatılmaqdan imtina edib.