Kenan Yıldız üçün yubiley

Kenan Yıldız üçün yubiley

Kenan Yıldız “Yuventus” forması ilə 100-cü matçına çıxıb. Futbolçu bu yubileyə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə keçirilən “Bodo-Qlimt”lə matçda nail olub.

20 yaşlı hücumçu oyuna ehtiyat oyunçular skamyasında başlayıb və matçın 46-cı dəqiqəsində meydana daxil olub. Kenan görüşü bir məhsuldar ötürmə ilə başa vurub.

Qeyd edək ki, “Bodo-Qlimt” – “Yuventus” oyunu “qoca sinyora”nın 3:2 hesablı qələbəsi ilə nəticələnib.

ETOPAZ

Əvvəlki yazı

Ceyhun Bayramov Neapolda “Qarabağ”la görüşüb

Növbəti yazı

“Santos”da ciddi itki