Kazemiro məşqlərə başladı
“Mançester Yunayted”in futbolçusu Kazemiro sıraya dönüb. Braziliyalı yarımmüdafiəçi zədədən sonra məşqlərə başlayıb.
31 yaşlı futbolçu noyabrın əvvəlində zədələnib. O, İngiltərə Liqa kubokunun “Nyukasl”la 1/8 final oyununda xəsarət alıb.
Qeyd edək ki, Kazemiro cari mövsümün 12 matçında 4 qol vurub.