Kazemiro “Əl-Nəsr”in hədəfində

Kazemiro “Əl-Nəsr”in hədəfində

“Mançester Yunayted”in futbolçusu Kazemiro İngiltərə klubunu tərk edə bilər. Braziliyalı yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə ilkin razılıq verib.

O, “Əl-Nəsr”in maraq dairəsindədir. Kriştiano Ronaldonun da bu klubda olması onunla yaxın dost olan Kazemironun keçidində müsbət rol oynaya bilər. Kazemiro cari mövsümdə 22 matça çıxıb. O, üç qola imza atıb. Cənubi amerikalının müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”nın transfer planları

Növbəti yazı

“Barselona” onu gözləyir