Kayri “Bruklin”də qalacaq

Kayri “Bruklin”də qalacaq

NBA-nın ulduzu Kayri İrvinqin gələcək karyerasına aydınlıq gəlib. Müdafiəçi “Bruklin”də qalacaq.

O, klubu ilə yeni müqavilə imzalayacaq. Bu anlaşma natamam təminat şərtləri ilə olacaq.

İndiki müqavilə ilə İrvinq anlaşmanı növbəti mövsüm üçün 36,7 milyon dollar dəyərində uzada bilər. O, belə addımı bu yay atacaq.

Bu mövsüm bonuslar məhdudlaşdırılıb. Kayri qalmaq üçün illik maaşının 15 faizi qədər bonusa razılaşacaq.

Qeyd edək ki, Kayri “Nets”in ev matçlarının böyük hissəsini buraxmalı olub. Buna səbəb basketbolçunun koronavirus əleyhinə vaksinasiyadan imtinasıdır.

ETOPAZ

Əvvəlki yazı

Millidə iki dəyişiklik

Növbəti yazı

Mur diskvalifikasiya edildi