“Kayrat” və “Vilyarreal” mübarizəni dayandırdı

“Kayrat” və “Vilyarreal” mübarizəni dayandırdı

Çempionlar Liqasında iştirakını başa vuracaq iki komandanın adına aydınlıq gəlib. VII tur çərçivəsində dünən baş tutan matçlardan sonra Qazaxıstanın “Kayrat” və İspaniyanın “Vilyarreal” komandasının ilk “24-lük”dən kənarda qalacağı dəqiqləşib.

Hazırda “Kayrat” 36-cı, “Vilyarreal” 35-cidir. Tərəflərin hərəyə bir xalı var və riyazi olaraq pley-offa vəsiqə şansları qalmayıb.

ETOPAZ

Əvvəlki yazı

“Real” və “Arsenal”dan inamlı qələbə

Növbəti yazı

Mbappedən xüsusi uğur