Kavaninin şərti

Kavaninin şərti

Edinson Kavani karyerasını Almaniyada davam etdirə bilər.  “Mançester Yunayted”in sabiq futbolçusu Dortmund “Borussiya”sına keçməyə yaxındır.

İngiltərə klubu ilə müqaviləsi başa çatan uruqvaylı hücumçu azad agent statusuna malikdir. “Borussiya” səhhətindəki problem üzündən bir müddət meydanlardan uzaq düşən Sebastyan Alleri Kavani ilə əvəzləməyi planlaşdırır.

Futbolçu ilə klub arasında danışıqlar davam edir. Keçidə Edinsonun yüksək maaş tələbi mane ola bilər. O, ildə 10 milyon avro tələbi qoyub.

ETOPAZ

Əvvəlki yazı

“Lester”dən 60 milyonluq tələb

Növbəti yazı

Lukumiyə iki müştəri