Kavani “Mançester Yunayted”də qalır
“Mançester Yunayted”in futbolçusu Edinson Kavaninin taleyinə aydınlıq gəlib. Uruqvaylı hücumçu qış transfer pəncərəsində komandasını dəyişməyəcək.
Bunu İngiltərə klubunun baş məşqçisi Ralf Ranqnik açıqlayıb. Almaniyalı mütəxəssis futbolçu ilə söhbətindən sonra buna əmin olub: “Edinson mənə dedi ki, dəqiq burada qalacaq. Ümid edirəm ki, Kavani bizə kömək edəcək”.