Kavani “Fiorentina”nın hədəfində

Kavani “Fiorentina”nın hədəfində

“Fiorentina” heyətinə yeni hücumçu qatmaq niyyətindədir. Klub Edinson Kavani ilə maraqlanır.

Futbolçu bu yay “Mançester Yunayted”dən ayrılacaq. Tərəflər 2022-ci ilin iyununda başa çatacaq müqaviləni yeniləməmək qərarına gəliblər.

Daha əvvəl “Salernitana”nın da futbolçunu almaq istədiyi bildirilirdi. Kavani özü daha əvvəl karyerasını Cənubi Amerikada davam etdirmək niyyətində olduğunu söyləmişdi.

35 yaşlı uruqvaylı 2020-ci ilin payızında PSJ-dən “Mançester Yunayted”ə keçib. Bu mövsüm o, klubda 19 oyuna çıxıb və 2 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Real”da mövsümün oyunçusu

Növbəti yazı

Nadaldan 300-cü qələbə