Karvaxal “Əl-Nəsr” yolunda

Karvaxal “Əl-Nəsr” yolunda

“Real”ın futbolçusu Daniel Karvaxal komandanı tərk etməyə yaxındır. O, karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

33 yaşlı futbolçuya “Əl-Nəsr”dən təklif gəlib.

Ərəblər Karvaxala bir illik müqavilə təklifi irəli sürüb. Amma təcrübəli müdafiəçi onlara cavab verməyə tələsmir. Çünki onun üçün prioritet məsələ “Real”la müqavilə müddətini ən azı bir illik artırmaqdır.

“Kral klubu” yeni müqavilə təklif etməyəcəyi təqdirdə, “Əl-Nəsr”lə müqaviləyə qol çəkəcək. Onun İspaniya nəhəngi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

ETOPAZ

Əvvəlki yazı

Tiaqo Silvanın oğlu “Çelsi”də

Növbəti yazı

“Qarabağ”ın matçının biletləri satışda