“Karvan-Yevlax”ın planı bəlli oldu
“Karvan-Yevlax” komandasının qış təlim-məşq toplanışının detalları müəyyənləşib. Komanda yanvarın 3-də Yevlaxda toplaşacaq.
Bölgə təmsilçisinin toplanışda 2 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Artıq rəqiblərdən birinin adına aydınlıq gəlib.
Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-də Yevlaxda “Kəpəz”lə qarşılaşacaq. Digər rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Karvan-Yevlax” 2026-ci ildə ilk rəsmi oyununu Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 25-də səfərdə “Sabah” klubuna qarşı keçirəcək.













