“Karvan-Yevlax”da yeni təyinat

“Karvan-Yevlax”da yeni təyinat

“Karvan-Yevlax” Füzuli Məmmədovun baş məşqçi postuna təyinatını açıqlayıb. Bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyinin qərarına əsasən, bir müddət komandada məşqçi kimi fəaliyyət göstərən Füzuli Məmmədovla mövsümün sonunadək müqavilə imzalanıb.

Onun köməkçiləri ilə də anlaşma əldə olunub.

Qeyd edək ki, “Karvan-Yevlax” hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 6 xalla sonuncu – 12-ci pillədə yer alıb.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem”dən yeni transfer

Növbəti yazı

Günün kuponu – 24.01.2026