“Karvan-Yevlax”da növbəti ayrılıqlar
“Karvan-Yevlax” iki məşqçisi ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, bölgə klubunda köməkçi məşqçi kimi çalışmış Zaur Hacıyev və qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.












