“Karvan-Yevlax” doğma şəhərinə qayıdacaq

“Karvan-Yevlax” doğma şəhərinə qayıdacaq

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının XII turunun “Karvan-Yevlax” – “Kəpəz” oyununun yerini dəyişdirib.

Sözügedən matç Yevlax şəhər stadionunda baş tutacaq.

PFL-in rəsmi saytında daha əvvəldən qarşılaşmanın keçiriləcəyi arena Şamaxı şəhər stadionu göstərilsə də, bu gün məkanın yeri dəyişdirilərək Yevlax şəhər stadionu ilə əvəzlənib.

Qeyd edək ki, “Karvan-Yevlax” – “Kəpəz” oyunu noyabrın 21-də, saat 14:00-da start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

Türkiyə millisində itki

Növbəti yazı

“Naxçıvan”dan inamlı qələbə