Karridən 11-ci məhsuldarlıq
Stefen Karri karyerasında 11-ci dəfə bir oyuna minimum 50 xal toplayıb. “Qolden Steyt”in məhsuldar ulduzu “Finiks”lə görüşdə fərqlənib.
Lakin onun 50 xalı məğlubiyyətdən qaçmaq üçün yetərli olmayıb. “Sanz” 130:119 hesabı ilə qalib gəlib.
Bu, son çempionun cari mövsümün startındakı 8-ci səfərində 8-ci yenilgi olub. Karri 7 üçxallıq, 10 ikixallıq və 9 cərimə atışından dəqiq olub.