Karri və Dyurant ən yaxşı seçildi

Karri və Dyurant ən yaxşı seçildi

NBA-da mövsümün ilk iki ayının ən yaxşı basketbolçuları müəyyənləşib. “Qolden Steyt”in oyunçusu Stefen Karri Qərb konfransında ən yaxşı seçilib. Şərq konfransında isə “Bruklin”in hücumçusu Kevin Dyurant hamını qabaqlayıb.

Karri oktyabr və noyabrda “Uorriors”un 21 matçdan 18-də qələbə qazanmasında pay sahibi olub. O, orta hesabla 27,8 xal, 6,6 ribaund və 5,7 ötürmə ilə fərqlənib.

“Nets” 21 görüşün 15-də qalib gəlib. Kevin 28,6 xal, 7,5 ribaund və  5,6 ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Fernandeş “100”ə çatdı

Növbəti yazı

Yarım əsr gözlənilən çempionluq