Karri Lebronu keçdi

Karri Lebronu keçdi

Stefan Karri 15-ci dəfə bir oyunda 50 və daha çox xal toplayıb. “Qolden Steyt Uorriorz”un basketbolçusu “Memfis Qrizzliz”lə qarşılaşmada 52 xal yığıb.

O, belə oyunların sayında Lebron Ceymsi arxada qoyub. “Los-Anceles Leykers”in ulduzu 14 belə matç keçirib.

Karri “Miluoki Baks”da çıxış edən Demyen Lillarda çataraq, 6-cı pilləyə şərik olub. Elcin Beylor (17 oyun), Ceyms Harden (24), Kobi Brayent (25), Maykl Cordan (25) və Uilt Çemberlendən (118) daha çox matçda 50 xal səddini fəth ediblər.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 03.04.2025

Növbəti yazı

Dembeledən üstünlük