Karri “200”ə çatdı

Karri “200”ə çatdı

Stefen Karrinin rekord seriyası 200-ə çatıb. “Qolden Steyt”in ulduzu müntəzəm çempionatın son 200 oyununda üçxallıq atış edib.

“Uorriorz”un basketbolçusu bu qarşılaşmaların hərəsində heç olmasa bir dəfə uzaqdan dəqiq atış müəllifi olub. Karrinin 200-cü belə matçı “Klivlend”ə qarşı keçirilib. Bu oyunda onun komandası 106:101 hesablı qələbə qazanıb.

Bu seriya 2018-ci il dekabrın 1-də başlayıb. İkinci ən uğurlu seriya da Karriyə məxsusdur. Onun aktivində 157 matçlıq ardıcıllıq da var.

ETOPAZ

Əvvəlki yazı

“Atletiko”da iki itki

Növbəti yazı

Neymarın favoritləri