Karrasko “Atletiko”da qalacaq
“Atletiko”nun futbolçusu Yannik Karraskonun gələcək taleyinə aydınlıq gəlib. Belçikalı hücumçu İspaniya klubunu tərk etməyəcək.
28 yaşlı oyunçunu “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem” heyətinə qatmaq istəyir. Madridlilərin baş məşqçisi Dieqo Simeone Karraskonun satılmamasını tələb edib.
Qeyd edək ki, Karrasko ötən mövsüm komandasında ən çox dəqiqə keçirən üç oyunçudan biri olub.