Karlos rəsmən “Spartak”da
Moskva “Spartak”ının yeni baş məşqçisi bəlli olub. Paytaxt təmsilçisini Xuan Karlos çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssislə 2028-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Xuan Karlosun son iş yeri “Pafos” olub. 52 yaşlı məşqçi yanvarın 4-də Kipr klubundan ayrılıb.













