Karlos əməliyyat olundu
Roberto Karlos ürək əməliyyatı keçirib. Keçmiş futbolçu müayinə məqsədilə müraciət etdiyi xəstəxanada həkimlərin qərarı ilə cərrahi müdaxiləyə alınıb.
Əməliyyatın uğurla başa çatdığı və Karlosun səhhətinin stabil olduğu bildirilir. Hazırda onun həkim nəzarəti altında müalicəsi davam edir.










