Karlo Ançelotti Braziliya millisində
Braziliya millisinin yeni baş məşqçisi açıqlanıb. Bunu “pentakampeonlar”ın futbol federasiyasının mətbuat xidməti açıqlayıb.
Cənubi Amerika təmsilçisinə Karlo Ançelotti başçılıq edəcək.
Mütəxəssis mövsümün sonunda “Real”ı tərk edərək millidəki fəaliyyətinə start verəcək.
Çalışdırıcı DÇ-2026-ya qədər yığmaya rəhbərlik edəcək. O, iyun ayında komandanı Ekvador və Paraqvayla təsnifat matçlarına çıxaracaq.