Kariusun yeni klubu bəlli oldu
“Liverpul”un sabiq qapıçısı Loris Karius karyerasını davam etdirmək üçün Almaniyaya qayıdıb. Bu barədə “Sky Sports” məlumat yayıb.
Karius II Bundesliqa təmsilçisi “Şalke” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, “Şalke” 17 turdan sonra 20 xalla çempionatın turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.