Karius “İnter”in hədəfində
“Nyukasl”ın qapıçısı Loris Karius karyerasını İtaliyada davam etdirə bilər. Almaniyalı qolkiperin xidmətində “İnter” maraqlıdır.
Milanlılar Lorisi ikinci qapıçı kimi heyətinə qatmağı planlaşdırır. Almaniyalı İngiltərə Liqa kubokunun finalında “Nyukasl”ın formasını geyinib. Onun komandası “Mançester Yunayted”ə 0:2 hesabı ilə uduzub.