Kapitan komandada qalır
“Arsenal” kapitanı ilə yeni müqavilə imzalayacaq. 24 yaşlı yarımmüdafiəçi Martin Odeqard “topçular”ın təklifinə müsbət cavab verib.
Norveç millisinin də şərəfini qoruyan oyunçunun yeni razılaşması 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmanın maliyyə şərtləri hələlik açıqlanmayıb. Tərəflər bütün əsas məsələləri həll ediblər. Yaxın günlərdə əməkdaşlığın uzadılması rəsmiləşəcək.