Kapitan gəmisini qurtardı
Dünya çempionatının 2-ci turunun oyunları keçirilir. Niderland Ekvadorla qarşılaşıb.
Görüş avropalıların üstünlüyü ilə başlayıb. ”Portağallar” istəyinə 6-cı dəqiqədə çatıb. Kodi Qakpo gözəl qolla hesabı açıb. Ekvadorun buna cavabı ikinci yarıda gəlib. Cənubi amerikalılar kapitan Enner Valensiyanın qolu ilə məğlubiyyətdən qaçmağı bacarıb.
Qeyd edək ki, qrupun digər matçında Qətər Seneqala uduzub – 1:3.