Kapitan 250-yə çatdı

Kapitan 250-yə çatdı

Şəhriyar Əliyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. “Turan Tovuz”un kapitanının yubileyi Azərbaycan Premyer Liqasının 7-ci turuna təsadüf edib.

31 yaşlı müdafiəçi “Sumqayıt”la səfər oyununda (0:0) meydana çıxıb. Şəhriyar 250 matçda 11 qol vurub.

O, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 71-ci futbolçudur. Premyer Liqada 2011/12 mövsümündə “Bakı”nın heyətində debüt edən Əliyev indiyədək 6 klubda forma geyinib. Paytaxtın eyniadlı klubunda 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Şamaxı”da 45 (2 qol) matça çıxan futbolçu indiki klubunda 39 oyunda (4 qol) forma geyinib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 26.09.2023

Növbəti yazı

Rodriqo PSJ-nin hədəfində