Kante və Silva koronavirusa yoluxdu
“Çelsi” İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Tottenhem”ə 2:0 hesabı ilə qalib gəlib.
“Zadəganlar” bu matçda iki aparıcı futbolçusundan yararlanmayıb. Bunlar yarımmüdafiəçi Nqolo Kante və müdafiəçi Tiaqo Silvadır. Onların heyətə düşməməsi koronavirusa yoluxmaları ilə bağlıdır.
Hər iki oyunçunun matç günü verdiyi test müsbət nəticələnib. Kante ilə Silvanın daha iki görüşü buraxacağı gözlənilir.
Onlar İngiltərə kubokunun 3-cü mərhələsinin “Çesterfild”lə yanvarın 8-dəki və 4 gün sonra “Tottenhem”lə Liqa kubokundakı cavab matçını buraxacaq.