Kante seçim qarşısında
“Çelsi”nin futbolçusu Nqolo Kante yayda klubunu dəyişə bilər. Fransalı yarımmüdafiəçi İngiltərənin digər klubunun maraq dairəsindədir.
“Arsenal” azad agent statusu alacaq futbolçuya elçi düşüb. “Çelsi” rəhbərliyi də 36 yaşlı oyunçuya yeni müqavilə təklif edəcək.
Nqolo 2016-cı ilin yayından “Çelsi”də forma geyinir. O, cari mövsümdə 5 matça çıxıb.