Kante seçim qarşısında
Fransa millisinin futbolçusu Nqolo Kante Səudiyyə Ərəbistanının üç klubu ilə danışıqlar aparır. Onun xidmətində “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Nəsr” maraqlıdır.
Futbolçunun agenti hər üç klubla danışıqları davam etdirir. 2016-cl ildən “Çelsi”də çıxış edən yarımmüdafiəçi bu yay azad agent statusu alacaq.
Onun müqaviləsi iyunun 30-da başa çatacaq. Kantenin “Əl-İttihad”la ilkin razılıq əldə etdiyi bildirilsə də, digər iki klub da onun keçidini gerçəkləşdirmək üçün mübarizə aparır.