Kante “Mançester Yunayted”in hədəfində
“Mançester Yunayted” yarımmüdafiə xəttini gücləndirmək üçün çalışmalara start verib. Klub Nqolo Kante ilə maraqlanır.
“Qırmızı şeytanlar” müqaviləsi daha bir il qüvvədə olacaq “Çelsi”nin orta xətt oyunçusunu transfer etmək variantını nəzərdən keçirir. “Çelsi” fransalını satmaq istəmir. Londonlular da yarımmüdafiədə dəyişikliklər etmək niyyətindədirlər, lakin Kantedənsə Jorjinyonu satmağa üstünlük verirlər.