Kante “Çelsi”də qalır
Fransa millisinin və “Çelsi”nin futbolçusu Nqolo Kantenin taleyinə aydınlıq gəlib. Yarımmüdafiəçi İngiltərə klubunda qalacaq.
Tərəflər müqaviləni uzadacaq. “Çelsi” və Kante arasında danışıqlarda ilkin razılıq əldə olunub.
Yaxın günlərdə anlaşma imzalanacaq. Kantenin hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.