Kante “Əl İttihad” yolunda
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante komandanı tərk edəcək. O, “Əl İttihad”a keçməyə yaxındır.
Bu gün tərəflər bütün lazımi sənədləri imzalayacaqlar. Tibbi müayinələrin ilk hissəsi artıq başa çatıb. Kantenin maaşı təxminən 100 milyon avro olacaq. Müqavilənin 2025-ci ilin yayına kimi hesablanacağı bildirilib.