Kanseloya yeni müştəri
Joao Kanselo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Onun xidmətində “Əl Hilal” maraqlıdır.
Klub “Mançester Siti” ilə danışıqlara başlayıb. Tərəflər arasında ilkin razılıq əldə olunub. Transfer gerçəkləşərsə, ingilislər 25 milyon avro gəlir əldə edəcək. Kanselo isə illik 15 milyon avro qazanacaq.